Orxan Nəzərli: "ƏDV-nin optimallaşdırılması və diferensiallaşdırılmasına isti baxmıram"
Dövlət Vergi Xidmətinin rəisi: “Bir tərəfdən deyirik ki, gəlin mənfəət vergisini azaldaq, optimallaşdıraq, digər tərəfdən də deyirik ki, əlavə dəyər vergisini optimallaşdıraq."
"Əsas cavab tapılması sual odur ki, biz vergini haradan toplayacağıq? Kapital, mənfəət hesabına, yoxsa istehlak hesabına?". APA xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Dövlət Vergi Xidmətinin rəisi deyib ki, bu gün müzakirələrdə səslənən fikirlərdə ziddiyyətlər var: “Bir tərəfdən deyirik ki, gəlin mənfəət vergisini azaldaq, optimallaşdıraq, digər tərəfdən də deyirik ki, əlavə dəyər vergisini optimallaşdıraq. Bu yolların birini seçməliyik. Çünki hər birinə eyni vaxta getsək, büdcənin qeyri-qeyri neft sektorundan gəlirləri azalacaq”.
Orxan Nəzərli qeyd edib ki, bu baxımdan əlavə dəyər vergisi (ƏDV) mövzusuna ehtiyatlı yanaşmalıyıq: “Mən ƏDV-nin optimallaşdırılması və diferensiallaşdırılmasına isti baxmıram”.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın