Riskli vergi ödəyici olan şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək? (6-cı yazı)

Riskli vergi ödəyici olan şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək? (6-cı yazı)

Mks. az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə bu il də davam edir.

Vergi Məcəlləsində əlavə olaraq təklif edilən  58.15-1-ci maddəyə əsasən, riskli vergi ödəyiciləri olan şəxslərə maliyyə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq ediləcək:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10%-i miqdarında

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20%-i miqdarında

- təqvim ili ərzində belə hallara üçüncü dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40%-i miqdarında.

Misal. Vergi ödəyicisi 30 000 manatlıq əmtəəsiz əməliyyat apardığı üçün riskli vergi ödəyicisi hesab edilib. Dəyişiklik təsdiq olunduğu halda, vergi orqanı vergi ödəyicisinə bu cür əməliyyata görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi halda 3 000 manat (30 000 manat x 10 faiz) məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər