Dövlət Vergi Xidməti rəsmisindən mühasiblər üçün həyəcan təbili

Dövlət Vergi Xidməti rəsmisindən mühasiblər üçün həyəcan təbili

Nigar Vahabzadə: "Vergi ödəyicisi mühasibdən istifadə etmək kimi işlərə sərf edəcəyi vaxta qənaət edəcək"

Gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin müxtəlif qurumların məlumat bazaları əsasında doldurulmasını və vergi ödəyicisinə təqdim edilməsini planlaşdırır. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

N. Vahabzadənin sözlərinə görə, bütün bunlar atılacaq innovativ addımlar çərçivəsində mümkün olacaq: “Ölkə üzrə bir çox dövlət qurumlarının, həmçinin Dövlət Vergi Xidmətinin məlumat bazaları çox genişdir. Biz məhz bu bazalar əsasında vahid bəyannaməni özümüz doldurmağı planlaşdırırıq. Bu zaman vergi ödəyicisi mühasibdən istifadə etmək kimi işlərə sərf edəcəyi vaxta qənaət edəcək”.

O qeyd edib ki, bu, həm də vergi ödəyicisin maliyyə xərclərini azaldacaq: “Həmçinin, bizdə olan məlumatlar daha dəqiqdir. Vergi ödəyicisi məlumatları mütəmadi olaraq görəcək və orada hər hansı dəyişiklik varsa onu dəyişməyə məcburdur. Xidmət daha tez məlumat əldə edəcək və nəticədə vergi ödəyicisi də çətinliyə düşməyəcək, xidmət mərkəzlərinə kütləvi müraciətlər azalacaq”.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər