Baş nazir idxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısını təsdiq edib

Baş nazir idxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısını təsdiq edib

Baş nazir Əli Əsədovun imzaladığı qərarla “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısı” təsdiq edilmişdir. Qərara toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, kompüter və digər elektron avadanlıqların, maşın və avadanlıqların, rezin və plastik kütlə məmulatlarının istehsalı üçün nəzərdə tutulmuş əsas vəsaitlər üzrə 76 adda mal mövqeləri daxil edilmişdir. 

Qeyd edək ki, Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir. Qərarda həmçinin qeyd edilir ki,  təsdiq edilmiş Siyahının 71-ci hissəsi bu Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.

Qərarla tanış olmaq üçün linki təqdim edirik:

https://nk.gov.az/az/senedler/qerarlar/idxali-elave-deyer-vergisinden-azad-olunan-esas-ve-7378

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər