Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Dövlət Vergi Xidmətindən müraciət: "Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlərlə aldadır"

  • Əsas səhifə
  • Vergi işi
  • 0 Komment
  • 03 Avqust 2023

Dövlət Vergi Xidmətindən müraciət: "Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlərlə aldadır"

Dövlət Vergi Xidməti vətəndaşlara müraciət edib:

Hörmətli vergi ödəyiciləri!

Adınıza təsis edilmiş müəssisələrin təsis sənədlərini və ya vergi ödəyicisinin eyniləşdirmə nömrənizi (VÖEN), həmçinin elektron imzanızı başqa şəxslərə verdikdə, vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olursunuz. Bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyəti Siz daşıyacaqsınız.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisiçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib. Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.

Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatlarını həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.

Dövlət Vergi Xidməti belə hallarla mütəmadi mübarizə aparır və vətəndaşları aldadan şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb edir. Bu istiqamətdə mübarizənin səmərəliliyinin artırılması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyətə malikdir. Odur ki, vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edirik.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    23 İyun 202609:10

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir

    24 İyun 202615:52

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir

    08 İyul 202615:29

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi

    16 İyun 202610:43

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sosial

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi.

    • 08 İyul 2026

    Vergi işi

    ŞAD XƏBƏR! ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləciyik.

    • 01 İyul 2026

    Məqalələr

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir.

    • 24 İyun 2026

    Məqalələr

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir.

    • 23 İyun 2026

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur