Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

RƏSMİ! Vergi Məcəlləsinə edilən son dəyişiklik nəticəsində hansı hallar üzrə ƏDV-dən azadolma tətbiq edildi?

  • Əsas səhifə
  • Vergi işi
  • 0 Komment
  • 19 İyul 2023

RƏSMİ! Vergi Məcəlləsinə edilən son dəyişiklik nəticəsində hansı hallar üzrə ƏDV-dən azadolma tətbiq edildi?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 16 iyun 2023-cü il tarixli  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyin şərhini təqdim etmədən öncə,  əlavə və dəyişikliyin mətnini təqdim edirik:

  1. Aşağıdakı məzmunda 164.1.41-3-cü maddə əlavə edilsin:

“164.1.41-3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə;”.

  1. 164.1.56-cı maddədən “minaaxtaran itlərin,” sözləri çıxarılsın və həmin maddədə “idxalı – 2021-ci il oktyabrın 15-dən” sözləri “, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən” sözləri ilə əvəz edilsin.
  2. Aşağıdakı məzmunda 164.1.56-1-ci maddə əlavə edilsin:

“164.1.56-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə;”.

Dəyişiklikdən göründüyü kimi Vergi Məcəlləsinin ƏDV-lə bağlı fəslinə aid olan “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddəsinə dəyişikliklər həyata keçirilib.

İlk dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, 2023-cü ilin mayın 1-dən 10 il müddətinə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışına ƏDV tətbiq edilməyəcək.

İkinci və sonuncu dəyişikliklər isə minaaxtarma fəaliyyəti ilə bağlıdır. Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.56-ci maddəsi aşağıdakı kimi formalaşır:

164.1.56. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin , onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə.

Sonuncu dəyişiklik isə Vergi Məcəlləsinə 164-cü maddəsinə edilən yeni əlavədir. Məcəlləyə edilən 164.1.56-1-ci maddəsinə edilən əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilir.  Beləliklə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təsdiq edici sənədi əsasında yuxarıda qeyd edilən malların istehsalı və statışı ƏDV-dən azad edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    12 Oktyabr 202609:18

    ƏMAS platformasında əla yenilik: işçilər xitam verilmiş əmək müqavilələri haqqında arayış əldə edə biləcəklər

    08 Oktyabr 202601:13

    ƏMAS Platformasında xitam əmrləri ilə bağlı YENİLİK

    02 Oktyabr 202614:08

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş

    12 Oktyabr 202623:00

    ƏMAS Platformasında məzuniyyət əmrləri ilə bağlı gözlənilən ƏLA YENİLİK!

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS Platformasında məzuniyyət əmrləri ilə bağlı gözlənilən ƏLA YENİLİK!.

    • 12 Oktyabr 2026

    Məqalələr

    ƏMAS platformasında əla yenilik: işçilər xitam verilmiş əmək müqavilələri haqqında arayış əldə edə biləcəklər.

    • 12 Oktyabr 2026

    Kitablar

    "Əməyin uçotu: A-dan Z-yə" V nəşr.

    • 09 Oktyabr 2026

    Kitablar

    “Peşəkar Mühasib Sertifikatı. II mərhələ” kitabının 5-ci təkmilləşdirilmiş nəşri.

    • 09 Oktyabr 2026

    Məqalələr

    ƏMAS Platformasında xitam əmrləri ilə bağlı YENİLİK.

    • 08 Oktyabr 2026

    Məqalələr

    SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?.

    • 06 Oktyabr 2026

    Təlimlər

    “MKS Academy” tərəfindən 2026-cı ilin sentyabr ayında keçirilmiş təlimlərin iştirakçıları haqqında məlumat.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA).

    • 05 Oktyabr 2026

    Sosial

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş.

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotu və növbəli iş rejimində istirahət günü üzrə əməkhaqqı necə hesablanır? (Misallarla izah).

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 01 Oktyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur