Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Məcburi nişanlanmalı olan mallar hansılar hesab edilir?

  • Əsas səhifə
  • Vergi işi
  • 0 Komment
  • 26 May 2023

Məcburi nişanlanmalı olan mallar hansılar hesab edilir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (III nəşr) kitabından seçmə

- bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək (Maddə 23.1.15-4);

Qeyd edək ki, Vergi Məcəlləsinin 50-2.1-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onun tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmçinin, Vergi Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Aksiz markalarının hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.

Maddələrdən göründüyü kimi, Nazirlər Kabineti tərəfindən həm məcburi nişanlama ilə nişanlanmalı olan malların, həm də  aksiz mallarla bağlı qaydaların tələblərinə əmləl etmək vergi orqanlarının hüquqlarına aid edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 48 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydaları” təsdiq edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarında “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı”  aşağıdakı kimi təsdiq edilib:

  1. Aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallar:

1.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);

1.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;

1.3. şərab və şərab materialları;

1.4. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan).

  1. Məcburi nişanlanmalı olan mallar:

2.1. tütün məmulatları;

2.2. elektron siqaretlər üçün maye;

2.3. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

2.4. qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;

2.5. birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Qeyd. Bu siyahının 2-ci hissəsində təsbit edilən mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    16 Mart 202613:24

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?

    18 Mart 202610:56

    YENİ DƏYİŞİKLİK! Dövlət qulluqçularına verilən mükafatlar ləğv olunur, sabit maaş gücləndirilir

    16 Mart 202610:46

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?

    12 Mart 202616:24

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS-da YENİLİK! Müddəti bitən şəxsiyyət vəsiqələri barədə işəgötürənlərə avtomatik məlumat veriləcək.

    • 19 Mart 2026

    Məqalələr

    Əsas məzuniyyətin müddəti ilə bağlı yeni tələb nədir?.

    • 19 Mart 2026

    Məqalələr

    DİQQƏT! Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verdi.

    • 18 Mart 2026

    Məqalələr

    YENİ DƏYİŞİKLİK! Dövlət qulluqçularına verilən mükafatlar ləğv olunur, sabit maaş gücləndirilir.

    • 18 Mart 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 18 Mart 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    Çalışmanın yaş həddi ilə bağlı müddətin uzadılması prosesi necə həyata keçirilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?.

    • 16 Mart 2026

    Məqalələr

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?.

    • 16 Mart 2026

    Sosial

    ƏMAS altsistemində yeni funksionallıq: Ştat cədvəlində vəzifə (tarif) maaşı da əlavə ediləcək.

    • 13 Mart 2026

    Məqalələr

    Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (Misal üzərindən izah).

    • 13 Mart 2026

    Məqalələr

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək.

    • 12 Mart 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur