5 bəyannamə forması və əlavələrinə dəyişikliklər edildi (SİYAHI)

5 bəyannamə forması və əlavələrinə dəyişikliklər edildi (SİYAHI)

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formaları, həmin bəyannamələrə əlavələrin formaları və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Yeni bəyannamə formaları aşağıdakılardır:

  • “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun tərtib edilməsi Qaydası;
  • “Mənfəət vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun və tərtib edilməsi Qaydası;
  • “Gəlir vergisi bəyannaməsinə Əlavə №3”ün forması və onun tərtib edilməsi Qaydası;
  • “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və tərtib edilməsi Qaydası;
  • “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” və onun tərtib edilməsi Qaydası.

Müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/

0 Komment

    Şərh yazın