Millət vəkili Tahir Mirkişili: "Vergi Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var”

Millət vəkili Tahir Mirkişili: "Vergi Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var”

"Vergi yığımlarının artmasının səbəblərindən biri də vətəndaşın dövlətə olan inamıdır. Bu inamın əsasında isə Prezident İlham Əliyevin apardığı siyasət dayanır”.

vergiler.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

T.Mirkişili əlavə edib ki, bu gün dövlət büdcəsinin gəlirlərinin 44 faizindən çoxunu vergi daxilolmaları təşkil edir: “Bununla yanaşı, Dövlət Vergi Xidmətinin qarşısında çox ciddi vəzifələr dayanır”.

Komitə sədri bildirib ki, hazırda iqtisadiyyatın rəqəmsallaşdırılması vergi bazasının müəyyən edilməsi yolunda müsbət nəticələrə səbəb olub: “Bu gün Azərbaycanda azadolmalar yığılan vergi məbləğinin təxminən 50 faizi həcmindədir. Amma dünyada iqtisadçılar arasında belə bir fikir var ki, azadolmalardansa ünvanlı yardımların artırılması daha effektli olur. Bu istiqamətdə də araşdırmalar aparılır”.

T.Mirkişilinin sözlərinə görə, Dövlət Vergi Xidmətinin tətbiq etdiyi alətlərin böyük əksəriyyəti Vergi Məcəlləsinin təkmilləşdirilməsini zəruri edir: “2000-ci ildə qəbul edilən Məcəllə o zaman vergi orqanının fəaliyyətindən daha irəlidə idi. Amma bu gün İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidmətinin həyata keçirdiyi alətlər artıq Məcəllənin təkmilləşməsinə ehtiyac yaradır”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər