Dövlət Vergi Xidməti 7 bəyannaməyə dəyişiklik etdi (SİYAHI)

Dövlət Vergi Xidməti 7 bəyannaməyə dəyişiklik etdi (SİYAHI)

Dəyişiklik edilən bəzi bəyannamələrin doldurulması qaydası gələn həftədən satışda olacaq "Vergi uçotu: A-dan Z-yə"(VII nəşr) kitabında izah olunacaq

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formaları və onların doldurulması qaydalarında, həmçinin həmin bəyannamələrə əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Yeni bəyannamə formaları aşağıdakılardır:

  • Əlavə dəyər vergisinin bəyannaməsinin forması (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
  • Aksiz vergisi bəyannaməsinin forması (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
  • Mənfəət vergisi bəyannaməsinin forması (5 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
  • Gəlir vergisi bəyannaməsinin forması (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
  • Əmlak vergisi bəyannaməsinin forması (1 və 2 nömrəli əlavələr ilə) və tərtib edilməsi qaydaları;
  • Torpaq vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydası;
  • Sadələşdirilmiş verginin bəyannaməsinin forması və tərtib edilməsi qaydası.

  Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

0 Komment

    Şərh yazın

    Xəbərlər