RƏSMİ! Yeni fəaliyyətlər üzrə nağdsız hesablaşmalar tələbi müəyyən edildi

RƏSMİ! Yeni fəaliyyətlər üzrə nağdsız hesablaşmalar tələbi müəyyən edildi

1 fevral 2023-cü ildən bəzi daşınmaz və danışar əmlakların alqı-satqısı nağdsız formada olmalıdır

Azərbaycan Respublikasının Prezidenti “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər haqqında Qanun imzalayıb. Qanuna əsasən,   “Nağdsız hesablaşmalar haqqında” Qanununa  aşağıdakı məzmunda 3.4.14-3.4.16-cı maddələr əlavə edilib:

  • daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər (Maddə 3.4.14.);
  • qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər (Maddə 3.4.15.);
  • rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər (Maddə 3.4.16.).

Qeyd edək ki, dəyişikliklər Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

 Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər