Diqqət! İnformasiya texnologiyaları mütəxəssisləri üçün vergi güzəştlərindən yararlanması üçün tələb olunan sənədlərin siyahısı açıqlandı (FAYL)

Diqqət! İnformasiya texnologiyaları mütəxəssisləri üçün vergi güzəştlərindən yararlanması üçün tələb olunan sənədlərin siyahısı açıqlandı (FAYL)

Xəbər verdiyimiz ki, Vergi Məcəlləsində edilən dəyişikliklər nəticəsində 1 yanvar 2023-cü il tarixdən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün müəyyən güzəştlər tətbiq ediləcək. MKS Academy-nin nəşri olan "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023" kitabında tətbiq ediləcək güzəştlər haqqında geniş məlumat verilib.  Həmin vergi güzəştlərindən yaranmaq üçün texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün Ərizə forması da artıq hazırlanıb.  Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün Ərizə forması saytın sonundakı fayldan yükləyə bilərsiniz. 

Qeyd edək ki,  Rezidentliyə müraciət üçün doldurulmuş ərizə formasını və digər sənədləri [email protected] elektron poçt ünvanına göndərməyiniz kifayətdir.

Fiziki şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

- Şəxsiyyətini təsdiq edən sənədin surəti
- Vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydasında təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Rezidentlik ərizəsi

Hüquqi şəxslər isə aşağıdakı sənədləri təqdim etməlidir:

- Dövlət reyestrindən çıxarışın surəti
- Səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti
- Nizamnaməsinin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydasında təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Rezidentlik ərizəsi

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər