Mikayıl Cabbarov: «Dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artıb»

Mikayıl Cabbarov: «Dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artıb»

Dövlət büdcəsinin vergi daxilolmasının yekun məbləği açıqlandı

“2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artıb”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

M. Cabbarov bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir: “2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 faiz artaraq 8 milyard 134,9 milyon manat olub”.

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) - 17 yanvar 2023-cü il tarixdən satışda olacaq

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər