RƏSMİ! Dövlət Vergi Xidmətinin tanınmış vəzifəli şəxsi Maliyyə Monitorinqi Xidmətinin sədri təyin olundu

RƏSMİ! Dövlət Vergi Xidmətinin tanınmış vəzifəli şəxsi Maliyyə Monitorinqi Xidmətinin sədri təyin olundu

Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, Zaur müəllim müxtəlif dövrlərdə Dövlət Vergi Xidmətinin (əvvəllər Vergilər Nazirliyinin) Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin və Xüsusi rejimli vergi xidməti departamentinin rəisi vəzifələrində çalışıb.

Mks.az saytının kollektivi vergi ödəyicilərlə müsbət ünsiyyətin qurulmasında danılmaz xidmətləri olan Zaur Fəti-zadəni təbrik edir, yeni vəzifəsində ona daha böyük uğurlar və nailiyyətlər arzulayır.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər