2023-cü il üçün Dövlət Vergi Xidməti və Gömrük Komitəsinin ƏDV üzrə proqnoz məbləğləri açıqlandı

2023-cü il üçün Dövlət Vergi Xidməti və Gömrük Komitəsinin ƏDV üzrə proqnoz məbləğləri açıqlandı

Milli Məclisə təqdim edilən  2023-cü ilin dövlət büdcəsinin layihəsinə əsasən,  2023-cü ildə Azərbaycanda toplanan Əlavə Dəyər Vergisinin məbləği 2022-ci ilin proqnozu ilə müqayisədə 300 milyon manat və ya 5% artıq olacaq.  Layihəyə əsasən 2023-cü ildə Əlavə Dəyər Vergisi kimi 6 milyard 10 milyon maatın yığılması nəzərdə tutulur. Xatırladaq ki, 2022-ci ildə ƏDV planı 5 milyard 719 milyon manat idi.

Həmçinin 2023-cü ildə Azərbaycan ərazisinə malların idxalına görə əlavə dəyər vergisi planı artırılıb. Layihəyə əsasən 2023-cü ildə ölkə ərazisinə malların idxalına görə əlavə dəyər vergisi kimi 3 milyard 196 milyon maatın yığılması nəzərdə tutulur. Xatırladaq ki, 2022-ci ildə bu vergi üzrə plan 3 milyard 85 milyon manat idi. Başqa sözlə, ərazisinə malların idxalına görə əlavə dəyər vergisi planı 111 milyon manat və ya 3,6% artırılıb.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər