Nicat İmanov: "Fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır"

Nicat İmanov: "Fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə “Report”a müsahibə verib.  

- Yol Xəritəsinin mühüm bir istiqaməti vergi yükü və vergi sistemlərinin səmərəliliyi ilə bağlıdır. Biznes mühiti üçün vergi yükü məsələsi olduqca önəmlidir. Bu istiqamətdə dəyişikliklər gözlənilirmi?

- İşçi qrup biznes üçün vergi yükünün və vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəricilərinin azaldılması komponentlərini müzakirə edəcək. Bu məsələlər Yol Xəritəsində öz əksini tapıb. Xüsusilə kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır. Çünki özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi əsas diqqət mərkəzimizdədir. Bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.

Həmçinin, artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergi ödəyiciləri meyarlarının müəyyən edilməsi, həmin vəsaitlərin büdcədən qaytarılması ilə bağlı yaradılmış “Vahid elektron lövhə” sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə predmeti olacaq.

Növbəti tematik TƏLİMİMİZ: " “Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək"
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00

Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir

Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər