Baş Nazir Əli Əsədov Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində nəzərdə tutulan siyahını təsdiqlədi

Baş Nazir Əli Əsədov Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində nəzərdə tutulan siyahını təsdiqlədi

30 iyun 2022-ci il tarixli, 251 saylı qərarın qəbul olmasına hansı hallar səbəb oldu?

1 yanvar 2022-ci il tarixdən edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Qeyd edək ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan 164.1.46-cı maddəsinə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad idi. Vergi Məcəlləsinə dəyişikliyə səbəb kimi, hansı yem və yem əlavələrinin satışının ƏDV-dən azad olunması dəqiqləşdirilmədiyindən bu məsələ vergi ödəyiciləri ilə vergi orqanları arasında müzakirələrə səbəb olurdu.

Çünki bəzi hallarda eyni növ məhsul həm quş yemi, həm də insan qidası kimi nəzərdə tutula bilir. Bu səbəbdən də Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə edilən dəyişiklik nəticəsində azadolma tətbiq edilən yem və əlavələrinin siyahısının hazırlanması səlahiyyəti Nazirlər Kabinetinə verilmişdi.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzaladığı 30 iyun 2022-ci il tarixli, 251 saylı qərarına əsasən, “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib. Qeyd edək ki, qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısını yazının sonundakı fayldan yükləyə bilərsiniz.

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

 
 
 

1 Komment

  1. Qafqaz 01 İyul 2022

    Salam çox sağ olun mühüm işlər görürsüz bizləri maarifləndirirsiz.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər