DİQQƏT! Dövlət Vergi Xidməti İdxalla bağlı məlumat formasını elektron variantda istifadəyə verdi
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 6 saylı, 14 mart 2022-ci il qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilib. 27 aprel 2022-ci tarixində saytımızda hazırladığımız yazıda qeyd etmişdik ki, formanın elektron və ya kağız formada təqdim olunmasına gəlincə isə, hal-hazırda formanın kağız yox, təsdiqlənmiş formanın scan variantının onlayn kargüzarlıq vasitəsiylə göndərilməsi tələb olunur. Vergi orqanından əldə etdiyimiz məlumata əsasən, yaxın zamanlarda həmin formanın elektron variantının tərtib olunaraq göndərilməsi prosesini yekunlaşdıracaqlar. Vergi ödəyicisi artıq məlumatları elektron formada idxal ediləcək mallar barədə məlumat formasına daxil etməklə elektron formada vergi orqanına göndərəcəklər.
Dövlət Vergi Xidməti tərəfindən Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə MƏLUMAT FORMASInın elektron forması bu gündən istifadəyə verilib. Həmin formanı elektron göndərmək üçün, new.e-taxes.gov.az saytındakı onlayn kargüzarlıqdan müvafiq ərizə formasını seçmək lazımdır.
ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim
Təlimin adı: ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"
Tarix: 18 iyun 2022-ci il saat 15:00
Müddət: 4 saat
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın