Diqqət! İdxal ediləcək mallar barədə məlumat forması TƏSDİQLƏNDİ

Diqqət! İdxal ediləcək mallar barədə məlumat forması TƏSDİQLƏNDİ

 İqtisadiyyat Nazirliyinin Kollegiyasının 6 saylı, 14 mart 2022-ci il qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilib.  Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixdən etibarən Vergi Məcəlləsinə əlavə edilən 16.1.11-11-ci maddəyə əsasən,  neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək vergi ödəyicisinin vəzifələrinə əlavə edilmişdi.  Vergi ödəyiciləri idxal olunan malın məqsədinən asılı olaraq aşağıdakı məlumatları vergi orqanına təqdim etməlidir:

- mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.

Qərarda forma ilə bağlı aşağıdakı iki qeydi də vergi ödəyiciləri nəzərə alnmalıdır:

Qeyd 1: Bu məlumat forması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən malların idxal olunacağı tarixədək təqdim edilir.
Qeyd 2: Mallar sifariş əsasında gətirildiyi halda belə həmin malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatlar bu məlumat formasının müvafiq olaraq 5.1 və 5.2-ci bəndlərində qeyd olunmalıdır. Sifariş verən vergi ödəyicisi olmayan fiziki şəxsə məxsus mallar vergi orqanında uçota alınmayan təsərrüfat subyektində (obyektində) saxlanılacağı (boşaldılacağı) halda isə bu məlumat formasının 5.1-ci bəndinin "Təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan" xanası doldurulmalıdır. 

Məlumat formasını əldə etmək üçün yazının sonundakı linki yükləyərdiniz..

 Qərarın linki tanışlıq üçün qeyd edirik:

https://e-qanun.az/framework/49384?fbclid=IwAR2IOUb2ZCYRbqAWZQmXoF7aLRA5sb-ApXqUElhXa_i3Zu27_m6CVQAaKJI

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər