Dövlət hansı vergi ödəyicisinin işçilərinin əmək haqqısını ödəyəcək? (RƏSMİ)

Dövlət hansı vergi ödəyicisinin işçilərinin əmək haqqısını ödəyəcək? (RƏSMİ)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərarda fərdi sahibkarlarla maliyyə dəstəyi ilə bəzi vergi ödəyicilərdə çalışan işçilərin əmək haqqısının ödənilməsi ilə nəzərdə tutulub. 

Dövlət tərəfindən işçilərə əmək haqqı ödənilməsi zamanı aşağıdakı iki meyar əsas götürüləcək:

1) Vergi ödəyicisi  pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərməlidir;

2) Dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmilidir.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən,  yuxarıdakı meyarlara uyğun olan vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər