Yeni yaradılmış və sıralarında iri ticarət şəbəkələrini birləşdirən «Ticarət şəbəkələri» İctimai Birliyi bununla bağlı hökumətə müraciət edib.
Güzəştlərin bir hissəsi ticarət sahəsində çalışan işçilər üçün sosial sığorta haqlarının azaldılmasına, eləcə də COVİD-19 virusu ilə mübarizəyə aiddir. Bu barədə fed.az-a «Ticarət şəbəkələri» İctimai Birliyinin sədri Samir Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda bütün sahələrdə olduğu kimi, ticarət şəbəkələrində çalışanlar da 25% sosial sığorta ödənişlərinə cəlb edilirlər. Amma bu ticarət şəbəkələrinin xərclərini artırır və mağazalara hazırlıqlı işçiləri cəlb etmək imkan vermir.
«Ticarət şəbəkələrində işləyən insanların yaş həddi 25 yaşa qədərdir və pensiya fondu ilə sosial ayırmaların məbləği çoxdur. İstəyirik ki, burada müəyyən güzəşt olunsun ki, həmin vəsaiti (yəni dərəcənin aşağı salınmasından əldə edilən vəsaiti – Fed.az) həmin işçilərin əmək haqqına yönəldə bilək. Fikrimizcə, bu addım, işə gəncləri cəlb etməyə böyük kömək edəcək».
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın