Vergilər Nazirliyinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının bir hissəsinin ödənilməsi və fərdi sahibkarlara maliyyə yardımının göstərilməsi ilə bağlı maddi dəstək proqramının icrası hazırda uğurla davam edir: "Sahibkarlar muzdlu işçilərinə görə ödənişi iki dəfə ala biləcəklər. Bir aylıq əməkhaqqı bərabər hissələrə bölünərək iki dəfəyə veriləcək. Bu, aprel və may aylarını əhatə edəcək. Mikro sahibkarlara isə bu maliyyə dəstəyi bir dəfə ödənilir."

Qeyd edək ki, bir müddət öncə məlumat yayılmışdı ki, muzdlu işçilərinin əmək haqqısı aprel və may ayları üçün nəzərdə tutulub. Nazirliyinin rəsmisinin açıqlamasından aydın olur ki, ödənişlər iki dəfə ödənilsə də, yalnız bir aylıq nəzərə tutulub. Qeyd edək ki, mks.az saytı olaraq ödənişlərin aprel ayı üçün olacağını qeyd etmişdik. Həmin yazıdan seçməni aşağıdakı kimidir: " 

Birinci mif: Əmək haqları 2 ay – mart və aprel ayları üzrə veriləcək.

Əmək haqqının bir hissəsinin aprel ayının əvvəlində verilməsi vergi ödəyicilərində belə yalnış mif yaradıb ki, dövlət ilkin olaraq mart ayı üzrə əmək haqqını ödəyib.

Ancaq bu, belə deyil. Bütövlükdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin APREL ayı üzrə əmək haqlarının bir hissəsi kompensasiya ediləcək. Sadəcə aprel ayı üzrə əmək haqları iki mərhələli proses üzrə ödəniləcək."

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda