Fərdi sahibkar maliyyə dəstəyinə müraciət etmək üçün nələr etməlidir və hesablama necə aparılacaq? (MİSALLA İZAH)

Fərdi sahibkar maliyyə dəstəyinə müraciət etmək üçün nələr etməlidir və hesablama necə aparılacaq? (MİSALLA İZAH)

İqtisadiyyat Nazirliyi pandemiya ilə əlaqədar olaraq, mikro sahibkarliq subyekti olan fərdi sahibkarlara maliyyə dəstəyi göstərəcək. Nazirlik vergi ödəyicilərinə müraciət edərək, online kargüzarlıq vasitəsiylə "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət" bölməsindən müraciət etməyinizi xahiş edik.

Prosesi misal üzərindən izah etməyə çalışacıyıq. Maliyyə dəstəyinə müraciət üçün vergi ödəyicisi e-taxes.gov.az saytından "online kargüzarlıq" bölməsinə daxil olmalıdır. Vergi ödəyicisi "Onlayn kargüzarlıq və e-VHF" bölməsindən "Yeni müraciət" üzrə "Müraciətin növü - Ərizə" də "Fərdi sahibkarlara (mikro)  dəstək proqramı üzrə müraciət" seçilməlidir.

Növbəti səhifədə vergi ödəyicisinin 2019-cu ildə ödədiyi VERGİ məbləği AVTOMATİK qeyd edilir. Vergi ödəyicisi bank hesabı və vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) üzrə məlumatları seçir.

Dövlət tərəfindən Mikro sahibkarlıq subyektlərinə maddi dəstəkin necə hesablanması haqqında konkret hesablama metodu hələ hazırlanmayıb. İqtisadiyyat Nazirliyinin açıqlamasında qeyd edilir ki, bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.  Həmçinin fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

 

 

 

3 Komment

  1. Leyla Ilyasova 10 Aprel 2020

    Salam. Men leyla ilyasova imran gizi, gadin gozellik salonun saxibkariyam. Hal hazirda salonlar bagli oldugu ucun. Hec bir gelir yerim yoxdu, ve dediler sahibkarlarada yardim Olunacag. Vergi be sosial odenishcisi olmusam

  2. Təmraz 12 Aprel 2020

    Salam. Bes 250 manatdan cox odenisi olan ne qeder konpensasiya ala biler? Mes 900 manat vergi odenisi varsa. Deqiqde olmasa texminen bilmek olarmi?

  3. Namiq 27 Aprel 2020

    Salam. Mart ayında 166 yükdaşıma şirkətində əmək müaviləsinə imza çəkdim. 12 gün işlədim. Mən ala bilərəm yardım?

Şərh yazın

Xəbərlər