Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar verib. Nazirlər Kabinetinin qərarı ilə xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Qeyd edək ki, fevral ayı üzrə ƏDV bəyannaməsinin son təqdim tarixi 29 mart 2020-ci il olduğu halda, mənfəət və gəlir vergisi bəyannamələr üzrə 31 mart 2020-ci il tarix hesab edilirdi. 25 mart 2020-ci il tarixdə mks.az saytı olaraq bildirdik ki, hər iki bəyannamə üzrə son təqdim etmə tarixi 06 aprel 2020-ci il hesab ediləcək.
Vergilər Nazirliyi mks.az-in iddiasını təsdiq edən açıqlama yayıb: " Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksiz, yol vergisinin, əlavə dəyər vergisinin, mədən vergisinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin və daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannamələri martın 29-dək təqdim edilməli idi. Lakin Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə" qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart-4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.
Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, 2019-cu ilin yekunlarına görə təqdim edilməli olan hüquqi şəxslərin mənfəət və əmlak vergisinin, fiziki şəxslərin gəlir vergisinin, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksizin, ƏDV, yol və mədən vergilərinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixinə keçirilmişdir. Bundan başqa, 2020-ci ilin fevral ayına görə daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsinin, eləcə də xüsusi notariusların fevral ayı üzrə hesabladığı gəlir vergisinin və muzdlu işlə əlaqədar fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan verginin dövlət büdcəsinə ödənilməsinin son müddəti kimi 06.04.2019-cu il tarixi müəyyən edilmişdir."
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın