Vergi orqanına təqdim edilən ƏDV və Mənfəət (Gəlir) bəyannamələrin vaxtı uzadıldı?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar verib. Qərara əsasən, bəzi təşkilatlar üçün ilk iş günü 29 mart yox 06 aprel 2020-ci il müəyyən edilib. Qeyd edək ki, qərarda qeyd edilən bəzi sahələr və işəgötürənlər üçün ilk iş günü 29 mart 2020-ci il tarixi hesab edilir.
Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, vergi orqanlarına təqdim edilən fevral ayı üzrə ƏDV, 2019-cu il üzrə mənfəət və gəlir vergisi bəyannamələrinin təqdim edilmə vaxtının uzadılıb-uzadılmaması ilə bağlıdır. Qeyd edək ki, fevral ayı üzrə ƏDV bəyannaməsinin son təqdim tarixi 29 mart 2020-ci il olduğu halda, mənfəət və gəlir vergisi bəyannamələr üzrə 31 mart 2020-ci il tarix hesab edilirdi.
Nazirlər Kabinetinin qərarı ilə xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. O səbəbdən hər iki bəyannamə üzrə son təqdim etmə tarixi 06 aprel 2020-ci il hesab edilməsi gözlənilir.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Orxan 18 Aprel 2020
VOEN bağlamaq istəyirəm
Şərh yazın