Vergi orqanına təqdim edilən ƏDV və Mənfəət (Gəlir) bəyannamələrin vaxtı uzadıldı?

Vergi orqanına təqdim edilən ƏDV və Mənfəət (Gəlir) bəyannamələrin vaxtı uzadıldı?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə  qərar verib.  Qərara əsasən, bəzi təşkilatlar üçün ilk iş günü 29 mart yox 06 aprel 2020-ci il müəyyən edilib. Qeyd edək ki, qərarda qeyd edilən bəzi sahələr və işəgötürənlər üçün ilk iş günü 29 mart 2020-ci il tarixi hesab edilir.

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, vergi orqanlarına təqdim edilən fevral ayı üzrə ƏDV, 2019-cu il üzrə mənfəət və gəlir vergisi bəyannamələrinin təqdim edilmə vaxtının uzadılıb-uzadılmaması ilə bağlıdır. Qeyd edək ki, fevral ayı üzrə ƏDV bəyannaməsinin son təqdim tarixi 29 mart 2020-ci il olduğu halda, mənfəət və gəlir vergisi bəyannamələr üzrə 31 mart 2020-ci il tarix hesab edilirdi.

Nazirlər Kabinetinin qərarı ilə xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. O səbəbdən hər iki bəyannamə üzrə son təqdim etmə tarixi 06 aprel 2020-ci il hesab edilməsi gözlənilir.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Orxan 18 Aprel 2020

    VOEN bağlamaq istəyirəm

Şərh yazın

Xəbərlər