Natiq Şirinov riskli vergi ödəyiciləri ilə bağlı incə məqamları açıqladı
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqinə dair ölkə başçısının fərmanından irəli gələn vəzifələrlə əlaqədar Vergilər Nazirliyində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında riskli vergi ödəyicilərinin müəyyən edilməsi məsələsinə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov aydınlıq gətirərək bildirib ki, riskli vergi ödəyiciləri ilə mübarizə məqsədilə vergi orqanları çarpaz elektron təhlillər aparır, vergi ödəyicilərini intizamlı olmağa dəvət edir: "Riskli vergi ödəyiciləri anlayışını Vergi Məcəlləsinə gətirməklə bütün vergi ödəyicilərinə göstərilir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq meyarlara uyğun olan şəxslər artıq riskli vergi ödəyiciləridir. Onlarla bağlı görüləcək tədbirlər Məcəllədə əksini tapıb".
N.Şirinovun sözlərinə görə, gələn ildən riskli vergi ödəyicilərinin apardığı əməliyyatlar üzrə onlar tərəfindən təqdim edilən elektron qaimə-fakturalar üzrə əvəzləşmələr qəbul edilməyəcək. Həmin e-qaimələr həm də mənfəət və gəlir bəyannaməsində xərc sənədi kimi tanınmayacaq. Riskli vergi ödəyicisinin artıq ödəməsi yarandıqda həmin məbləğ onlara müvafiq nəzarət tədbirləri başa çatdıqdan sonra geri qaytarılacaq. Riskli vergi ödəyicisinin borcları yaranarsa, əmlakının dərhal siyahıya alınması həyata keçirilə bilər. Əgər vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır.
Fərqanə ALLAHVERDİQIZI
Vergiler.az
"Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi uçotu: A-dan Z-yə" kitabının təkmilləşdirilmiş ikinci nəşri yanvar ayından satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın