DİQQƏT! Vergilər Nazirliyi hansı 3 hal olduqda əmək münasibətləri ilə bağlı yoxlamalar aparacağını açıqladı

Tanınmış aparıcı Əli Əhmədovun moderatorluğu ilə Asan Radioda yayımlayan "Sahibkar vaxtı"nın qonağı Vergilər Nazirliyinin şöbə rəisi Tural Vəliyev olub. Tural müəllim əmək müqavilələrinin leqallaşdırılması ilə bağlı aparıla biləcək vergi yoxlamalar haqqında məlumat verib: "Konsepsiyaya əsasən, vergi orqanları ilkin olaraq aşağıdakı halları riskli hesab edərək yoxlamalar həyata keçiriləcək:

1) İşəgötürən işçilərə Minimum əmək haqqı göstərdiyi hallar. Qeyd edək ki, hal-hazırda minimum əmək haqqı 180 manat, 01 sentyabr 2019-cu il tarixdən 250 manat təşkil edir;
2) İşəgötürən əmək haqqı fondu artmayaraq işçi sayında artım etdiyi hallar. Yəni işəgötürən əmək haqqı fondu üzrə nəzərəçarpaçaq dərəcədə artım etmir, amma leqallaşdırılan işçi sayında artım edir.
3) İşəgötürənin əmək haqqı göstəricilər ilə Statistika Komitəsinin vəya Vergilər Nazirliyinin əmək bazarındakı göstəriciləri arasında ciddi fərqlər olduğu hallar. Yəni tutaq ki, hər hansı sahə üzrə işçinin əmək haqqı göstəricisi yüksək olduğu halda, işəgötürən işçiyə daha az əmək haqqı hesablayır."

1 Komment

  1. Asif 22 Avqust 2019

    Zəhmət olmasa kitabın qiymətini yazardınız.

Şərh yazın

Xəbərlər