Vergilər Nazirliyi müsahibə nəticələrinin gec elan edilməsinə aydınlıq gətirdi

Vergilər Nazirliyi müsahibə nəticələrinin gec elan edilməsinə aydınlıq gətirdi

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən, baş direktorun müavini Elməddin Süleymanov müsahibələrin nəticələrin gec elan edilməsinə aydınlıq gətirib: " Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün müraciət edən 220 nəfər öz gücünü sınayıb. İndiyədək keçirilmiş müsahibələrin nəticələrinin bir qədər gec elan edilməsi ilə bağlı məsələni xüsusilə qeyd etmək istərdim. Bu müsabiqə təcrübəli kadr ehtiyatının formalaşdırılmasına istiqamətlənmiş bir tədbirdir. Bu mütəxəssisləri seçmək Vergilər Nazirliyinin öz səlahiyyətindədir. Biz təcrübəli mütəxəssisləri, peşə hazırlığı olan kadrları seçməyə çalışırıq. Seçim mərhələsində hər bir namizədlə fərdi müsahibə aparılır və onun sahə üzrə bilikləri, peşəkarlıq səviyyəsi yoxlanılır. Test üsulundan fərqli olaraq burada müsahibə daha dərinləşdirilmiş şəkildə keçirilir. Müsabiqədə iştirak edən insanların əksəriyyəti mühasibat, maliyyə və s. sahələrdə işləyən şəxslərdir. Əlbəttə, onların bilik səviyyəsi və təcrübəsi daha genişdir və bu şəxslərlə müsahibə kifayət qədər vaxt tələb edir. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil ediləcək və nazirlikdə müvafiq iş yerləri açıldıqca həmin namizədlərə iş təklif ediləcək.

Namizədlər arasından müvafiq sahədə dərhal işə başlaya biləcək təcrübəli şəxslər seçilir. Bu seçim imkanı bütün namizədlər üçün yaradılmalıdır. Onların hamısı müsahibədən keçməlidir ki, ən yaxşıları və bizim tələblərə uyğun gələn kadrları seçə bilək. Kadr ehtiyatına daxil edilən şəxslərin tam əksəriyyəti müxtəlif sahələrdə işləməkdə davam edirlər. Hələ məlum deyil ki, bizim təklif edəcəyimiz iş şəraiti və ya ərazi onları nə dərəcədə qane edəcək. Biz ehtiyaclarımıza və tələblərimizə uyğun kadrlar müəyyən etməyə çalışırıq. İş yerlərimiz açıldıqca onlara iş təklif ediləcəkdir. Vergilər Nazirliyi hər bir namizədə müvafiq imkan yaradıb və nəticələr bəlli olduqca kadr ehtiyatına daxil edilmiş şəxslərə müvafiq məlumat veriləcəkdir. Nəticələrlə bağlı namizədlərin məlumatlandırılması prosesi artıq başlayıb və bu günə 67 nəfər seçilərək kadr ehtiyatına daxil edilib və onlardan 47-si müxtəlif vəzifələrə təyinat alıb."

Mənbə: Vergilər.az

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər