ilk olaraq mks.az-da: “Sədərək” və “Binə”də vergi fırtınası (FAKT-SƏNƏD)

ilk olaraq mks.az-da: “Sədərək” və “Binə”də vergi fırtınası (FAKT-SƏNƏD)

Vergilər Nazirliyi vergidən yayınma riskinin yüksək olduğu “Binə” və “Sədərək” kimi iri ticarət mərkəzlərində vergitutuma bazasının genişləndirilməsi məqsədi ilə sahibkarlar arasında tədbirlər həyata keçirir.

Mks.az saytının əldə etdiyi məlumata əsasən, artıq ticarət mərkəzlərinin rəhbərləri sahibkarlarla görüş keçiriblər. Görüş zamanı vergi ödəyicilərinə bildirilib ki, iyul ayından etibarən, malların idxalı, topdan alışı və pərakəndə satışı zamanı vergi uçotunun tələblərinə uyğun olaraq rəsmiləşdirmə prosesini həyata keçirməlidirlər. İlk tədbir kimi vergi ödəyicilərinə uçotda olmayan malların vergi orqanlarında tanınması üçün xüsusi forma verilib. Yazıda təqdim etdiyimiz həmin sənəd formasında vergi ödəyicisinin VÖEN-i, adı, malların sayı və dəyəri haqqında məlumatların verilməsi nəzərdə tutulur.
Mənbənin bildirdiyinə görə, görüş zamanı sahibkarları maraqlandıran əsas məsələ də müzakirə mövzusu olub. Sahibkarlar ticarət mərkəzlərinin rəhbərliyinə icarə haqqından əlavə “vergi” adı altında aylıq ödəniş etdiklərini deyiblər. Görüş zamanı həmin ödənişin ləğv olunacağı, yoxsa saxlanılacağı məsələsinə tam aydınlıq gəlməyib.
Sahibkarlara tapşırılıb ki, bundan sonra karqo ilə gələn malları öz adlarına rəsmiləşdirsinlər ki, vergi orqanları uçotda olmayan mallara görə maliyyə sanksiyası tətbiq etməsinlər.
Mks.az saytı Vergilər Nazirliyi tərəfindən kölgə iqtisadiyyatının ləğv olunması istiqamətində atılan addımları dəstəkləyir və məsələ ilə bağlı maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazır olduğunu bəyan edir.

"İdxal-ixrac" əməliyyatları, "Əmək münasibətləri", "Gəlirdən çıxılan və çıxılmayan xərclər", "Elektron qaimə-faktura", "Komissiya və agent müqaviləsi", "Əlavə dəyər vergisi" və s. bölmələrin olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər