Natiq Şirinovdan Elektron qaimə-faktura istifadəçiləri üçün ÖNƏMLİ MƏLUMAT

Natiq Şirinovdan Elektron qaimə-faktura istifadəçiləri üçün ÖNƏMLİ MƏLUMAT

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Milli Mühasiblər Forumunda elektron qaimə fakturaların gələcəkdə çeşidlənməsi məsələsinə də aydınlıq gətirib: “Hal-hazırda malların təqdim olunması zamanı ənənəvi formada olan elektron qaimə-fakturadan istifadə edilir. Sahibkarlarla görüşdə əksər hallarda belə məsələ qaldırıldı ki, “isti satış” metodu ilə malların verilməsi zamanı malların xarab olması səbəbindən geri qaytarılma halları olur. Həmçinin agent qismində satış zamanı elektron qaimə-fakturanın təqdim olunmasında da çətinlik olacaq. Bunları nəzərə alaraq, Vergilər Nazirliyi sahibkarların fəaliyyət növündən asıl olaraq aşağıdakı formalarda elektron qaimə-fakturaların çeşidlənməsini nəzərdə tutur:

  • MAlların geri qaytarılması ilə bağlı elektron qaimə-faktura;
  • 163-cü maddəyyə uyğun Dövriyyənin dəqiqləşdirilməsinin aparılması ilə bağlı elektron qaimə-faktura;
  • Komintentin komisyonçuya verdiyi elektron qaimə-faktura;
  • Agent vəya komisyonçunun qarşı tərəfə verdiyi elektron qaimə-faktura;
  • ƏDV məqsədləri üçün geri tarixə ( 3ildən az olmayaraq) qeydiyyat zamanı elektron qaimə-faktura və s.

Vergilər Nazirliyi elektron qaimə-faktuları çeşidləməklə vergi ödəyicilərinin işini rahatlaşdırmaqla yanaşı ilə vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranan anlaşılmazlıqları aradan qaldıracaq.”

"Elektron qaimə-faktura", "Komissiya və agent müqaviləsi", "Əlavə dəyər vergisi" və s. bölmələrin olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər