Vergilər Nazirliyi: Sosial hesabatlarla bağlı iki problem HƏLL OLUNDU

Vergilər Nazirliyi: Sosial hesabatlarla bağlı iki problem HƏLL OLUNDU

Xəbər verdiyimiz kimi, vergi ödəyiciləri sosial sığorta və işsizlik sığorta hesabatlarının təqdimatı zamanı problemlərlə qarşılayıblar.  Mks.az saytı ilk olaraq ictimailəşdirdiyi problemlərdin biri ödənişlərinin şəxsi hesaba birbaşa qeyd olunmaması idi.  Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə bildirib ki, vergi ödəyicilərinin belə hallarla üzləşməməsi üçün müvafiq addımlar atılıb:

"Vergi ödəyicilərindən daxil olan müraciətlərin təhlili göstərir ki, sosial sığorta ödənişlərinin büdcə təsnifat koduna uyğun düzgün bölüşdürülməməsi nəticəsində bir təsnifat kodunda artıq ödəmələrin, digər təsnifat kodunda isə borcun yaranmasına səbəb olur. Bu da vergi ödəyicisinin borcu olan hissədə sərəncamların göndərilməsi ilə nəticələnir. Son nəticədə vergi ödəyicisi artıq ödəməsi olduğu halda, sərəncamların bank hesablarına göndərilməsinə narazılığını bildirir. Bu tipli problemlərin yaranmaması üçün ödəniş edən zaman büdcə təsnifat kodunu seçəndə vergi ödəyicilərinin diqqətli olmaları tövsiyə edilir".

Bildirilib ki, Vergilər Nazirliyi vətəndaş məmnunluğunu əsas götürərək bölüşdürülməmiş və ya ödənişin fəaliyyət növünə uyğun olmaması nəticəsində yaranan problemin həlli məqsədilə bölüşdürülməmiş ödənişlərin vergi orqanları tərəfindən avtomatik bölüşdürülməsinə texniki imkan yaradıb. Avtomatik proses əsasında vəsaitlərin bölüşdürülməsi təmin olunduqdan sonra həmin borca hesablanmış penyalar azaldılır və bank hesablarına qoyulmuş sərəncamlar geri çağırılır.

Bəzi vergi ödəyicilərini narahat edən nüanslardan biri də əvvəlki dövrlərdə sosial sığorta üzrə yaranmış borclar və onların səbəbləri ilə bağlıdır. N.Vahabzadə artıq bununla bağlı dəqiqləşmələrin aparılmasının yerli vergi orqanlarına həvalə edildiyini bildirib: "Bir sıra vergi ödəyicilərinin müraciətləri əsasən 1 yanvar 2019-cu il tarixinədək hesablanmış və saldo şəklində şəxsi hesab vərəqəsində əks etdirilən borcların məbləğinin düzgün olmaması və bu tipli yanlış hesablamalarla bağlı müvafiq tədbirlərin həyata keçirilərək şəxsi hesab vərəqəsi üzrə məbləğlərin düzəldilməsi tələbi üstünlük təşkil edir. Sosial sığorta üzrə borcların araşdırılaraq dəqiqləşmələrin aparılması istiqamətində aidiyyəti üzrə işlərin icrası yerli vergi orqanları tərəfindən həyata keçirilir".

Mənbə: Vergiler.az

0 Komment

    Şərh yazın

    Xəbərlər