Vergilər Nazirliyi: "Bank və notariuslar vergi ödəyicisindən kağız formada bu sənədləri tələb edə bilməz"

Vergilər Nazirliyi: "Bank və notariuslar vergi ödəyicisindən kağız formada bu sənədləri tələb edə bilməz"

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı ilə bağlı təqdimatı zamanı banklar və notariuslarla bağlı maraqlı məsələyə aydınlıq gətirib: “Vergi orqanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyata aldqında sonra təsis sənədləri (VÖEN, nizamnamə və s.) vergi ödəyicisinin online kargüzarlığı ilə yanaşı müvafiq dövlət və özəl qurumlara (notarius, bank, Asan Xidmət və .) göndərir. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, cənab prezidentin 28 dekabr 2018-ci il tarixli müvafiq fərmanı ilə elektron qeydiyyatla bağlı bir çox qanunvericilik sənədlərinə dəyişikliklər edildi. “İnzibati icraat haqqında” haqqında AR Qanuna  əlavə edilən 30.5-ci maddəyə əsasən,. inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir.  Həmin qanunun tələblərini əsas tutaraq, notarius və ya bank vergi ödəyicisindən yalnız kağız formada təsis sənədləri tələb edə bilməz və ya vergi ödəyicisi mütləq olaraq kağız formada sənədləri təqdim etmək vəzifəsi yoxdur. Notarius  vəya Bank elektron sənəd dövriyyəsinə qoşulduğu üçün vergi ödəyicisinin təsis sənədlərini müvafiq bazaya daxil olmaqla əldə edərək istifadə etməlidir. Vergi ödəyicininin istəyinə uyğun olaraq, notarius təsis sənədlərini notarial qaydada təsdiq edərək ona təqdim etməlidir."

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

 

0 Komment

    Şərh yazın

    Xəbərlər