Yeni dəyişiklik: Vergi orqanı yoxlamaları zamanı bu hallara da nəzarət edəcək
Vergi Məcəlləsinə yenidən dəyişikliklər edilməsi planlaşdırılır. Milli Məclisi müzakirəsi üçün təqdim olunnan dəyişikliklər aşağıdakılardır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:
1) 16.1.7-ci və 67.1-ci (üçüncü halda) maddələrə "mühasibat" sözündən sonra "uçotu" sözü əlavə edilsin;
Açıqlama: Vergi Məcəlləsinin 16.1.7-ci maddəsinə edilən dəyişiklik vergi ödəyicilərin vəzifələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etməsi ilə bağlıdır.
Açıqlama: Vergi Məcəlləsin 67.1-ci maddəsinə edilən dəyişiklik isə, vergi nəzarəti tədbirləri zamanı mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ ilə bağlıdır.
2) aşağıdakı məzmunda 24.0.1-2-ci maddə əlavə edilsin:
Açıqlama: Vergi Məcəlləsinə təklif bu əlavə daha önəmlidir. Yeni əlavəyə əsasən, vergi orqanları vəzifələrinə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək səlahiyyətləri verilib.
Artıq vergi orqanları vergi nəzarəti tədbirləri zamanı vergi və sosial qanunvericiliyin tələbləri ilə yanaşı mühasibat uçotu ilə bağlı qanunvericiliyin hallarının pozulmasını araşdırmaq hüququna malik olacaq.
3) 34.7-ci maddədə "mühasibat" sözü "maliyyə" sözü ilə əvəz edilsin.
34.7. Vergi ödəyiciləri mühasibat maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.
Açıqlama: Təklif olunan bu dəyişiklik isə redaktə tiplidir.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın