Yeni dəyişiklik: Vergi orqanı yoxlamaları zamanı bu hallara da nəzarət edəcək

Yeni dəyişiklik: Vergi orqanı yoxlamaları zamanı bu hallara da nəzarət edəcək

Vergi Məcəlləsinə yenidən dəyişikliklər edilməsi planlaşdırılır. Milli Məclisi müzakirəsi üçün təqdim olunnan dəyişikliklər aşağıdakılardır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1) 16.1.7-ci və 67.1-ci (üçüncü halda) maddələrə "mühasibat" sözündən sonra "uçotu" sözü əlavə edilsin;

Açıqlama:  Vergi Məcəlləsinin 16.1.7-ci maddəsinə edilən dəyişiklik vergi ödəyicilərin vəzifələrinə qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etməsi ilə bağlıdır.

Açıqlama: Vergi Məcəlləsin 67.1-ci maddəsinə edilən dəyişiklik isə, vergi nəzarəti tədbirləri zamanı mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ ilə bağlıdır. 

2) aşağıdakı məzmunda 24.0.1-2-ci maddə əlavə edilsin:

Açıqlama: Vergi Məcəlləsinə təklif bu əlavə daha önəmlidir. Yeni əlavəyə əsasən, vergi orqanları vəzifələrinə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək səlahiyyətləri verilib.

Artıq vergi orqanları vergi nəzarəti tədbirləri zamanı vergi və sosial qanunvericiliyin tələbləri ilə yanaşı  mühasibat uçotu ilə bağlı qanunvericiliyin hallarının pozulmasını araşdırmaq hüququna malik olacaq.

3) 34.7-ci maddədə "mühasibat" sözü "maliyyə" sözü ilə əvəz edilsin.

34.7. Vergi ödəyiciləri mühasibat  maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.

Açıqlama: Təklif olunan bu dəyişiklik isə redaktə tiplidir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər