Vergilər Nazirliyindən sosial hesabatlar zamanı şəxsi hesablarda yaranan problemlərlə VACİB AÇIQLAMA

Vergilər Nazirliyindən sosial hesabatlar zamanı şəxsi hesablarda yaranan problemlərlə VACİB AÇIQLAMA

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə 2018-ci ilin 4-cü rübünün nəticələri üzrə hesabatların təqdim zamanı şəxsi hesab vərəqələrində yaranan problemlər haqqında münasibətini bildirib: " Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri aparılmaqdadır. Vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2018-ci ilin 4-cü rübünün hesabatları da Vergilər Nazirliyinə təqdim olunub. Lakin həmin dövr üzrə hesabatların təqdim edilməsi zamanı vergi ödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi davam etdirilirdi. Bu səbəbdən də şəxsi hesab vərəqələrində yaranmış texniki uyğunsuzluqlar Vergilər Nazirliyi tərəfindən aparılmış tədbirlər nəticəsində qısa zamanda aradan qaldırılıb. Bununla yanaşı, artıq vergi ödəyicilərinin həm vergi, həm də sosial üzrə ödənişləri, borc öhdəlikləri və digər məlumatlar şəxsi hesab vərəqələrində əks etdirilir."

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər