Nicat İmanovdan elektron qaimə-faktura ilə bağlı önəmli açıqlama

Nicat İmanovdan elektron qaimə-faktura ilə bağlı önəmli açıqlama

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi turizm sektorunun elektron qaimə-faktura ilə bağlı problemini həll edib.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov məsələyə aydınlıq gətirərək bildirib ki, sektorun həssaslığı nəzərə alınaraq, turizm agentlərinin göstərdikləri xidmətlərin təhvil-qəbul aktları ilə yanaşı, elektron qaimə-faktura ilə həyata keçirilməsinə razılıq verilib: "Elektron qaimə-fakturada  bu xidmətlərin agent qaydasında həyata keçirilməsini qeyd edilməli və bununla da həmin xidmətlərin dəyəri turizm agentliyinin gəliri hesab edilmir. Kameral və səyyar vergi yoxlamaları zamanı hesabınıza daxil olan vəsaitlərin heç də hamısının gəlir olmadığı görünməlidir".

N.İmanov gələcəkdə agent qaydasında təqdim edilən elektron qaimə-fakturaların çeşidlənməsinin həyata keçiriləcəyini qeyd edib.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər