Mikayıl Cabbarov: “Bulanıq suda balıq tutmaq zamanı bitmişdir”

Mikayıl Cabbarov: “Bulanıq suda balıq tutmaq zamanı bitmişdir”

Bu gün "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forum keçirilir. Forumda açılış niqti ilə çıxış edən Mikayıl Cabbarov 2018-ci ildə görülən işlər haqqında məlumat verib: “2018-ci ildə kölgə iqtisadiyyatının miqyasının azadılması vergi xidməti üçün başlıca istiqamət oldu. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi. Bəzi sektorlarda, xüsusi ilə aksizli malların istehsalı və satışı, tibbi xidmətlər və şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirlərini artırmalı olduq. Müxtəlif vergi sxemi tətbiq edən zaman, biznesin bölüşdürülməsi və 1 günlük şirkətlərin yaradılması praktikasını tətbiq edən bazar iştirakçıları ilə qarşılaşdıq. Bunları təhlil edərək, qanunvericilik çərçivəsində gərəkli addımlar atıldı. Uçot sistemində apardığımız fəaliyyətlər bəzi hallarda müəyyən müqavimət və narazılıqla qarşılandı. Kimlərsə bunu kampaniya xarakterli saydı, kimlərsə geriləməyə üstünlük verdi. Nəticə etibarı ilə düşünürəm ki, qəbul edildi. Cünki hər kəs başa düşür ki, qanunvericilik çərçivəsində düzgün işləməkdən başqa faydalı yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitmişdir. Qanunsuz gəlir əldə etmək istəyənlər bunu çəzasız qalmayacağını bilirlər.”

Nazir onu da bildirib ki, 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri sayəsində iri topdansatış müəssisələri üzrə 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox vergidən yayındırılmış vəsait aşkarlanaraq büdcəyə ödənilməsi təmin olunub.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər