Vergilər Nazirliyindən gəlir vergisinin hesablanması ilə bağlı işçilərin ziyanına olan AÇIQLAMA

Vergilər Nazirliyindən gəlir vergisinin hesablanması ilə bağlı işçilərin ziyanına olan AÇIQLAMA

Vergi Məcəlləsinə edilən gözlənilən dəyişiklikdən biri də həyatın yığım sığortası və pensiya sığortası üzrə ödənilən məbləğlərin gəlir vergisi ilə bağlı məhdudiyyətlərdir. Vergi Məcəllləsinin 102.1.8.-ci maddəsinə edilən düzəlişə əsasən, Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.

Yəni işçinin əmək haqqısı 2000 manatdırsa, bu zaman 50 faizi yəni 1000 (2000 manat x50 faiz) manatdan çox olmayan hissəsi həyatın yığım sığortası və pensiya sığortası üzrə ödənilərkən gəlir vergisindən azaddır. İşçiləri maraqlandıran məsələ odur ki, bu məhdudiyyət 01 yanvar 2019-cu ildən öncə bağlanan müqavilələrə şamil olunacaq?  

Vergilər Nazirliyi bu məsələ ilə bağlı Gülnar Rafaelovanın sualına cavabını işçilərin ziyanın hesab ediləcək açıqlama hesab etmək olar: "Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına görə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu maddənin müddəaları 1 yanvar 2019-cu il tarixədək bağlanmış həyatın yığım sığortası müqavilələrinə də tətbiq olunur. Qeyd olunanlara əsasən 3 ildən az olmayan müddətə bağlanan həyatın yığım sığortası müqaviləsi üzrə işəgötürən tərəfindən sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olan hissədə sığortaçılara köçürülən məbləğ ümumi qaydada gəlir vergisinə cəlb edilir."

Vergilər Nazirlyinin mövqeyindən belə aydın olur ki, 01 yanvar 2019-cu il tarixindən öncə bağlanan müqavilələr üzrə Vergi Məcəllləsinin 102.1.8.-ci maddəsinin tələbləri şamil olunacaq. Fikrimizi misalla izah edək: "AA" MMC-də çalışan Məmmədov Əhmədin aldığı 3000 manat əmək haqqının 2000 manat hissəsi 2018-ci ildə həyatın yığım sığortası və pensiya sığortası üzrə ödənildiyindən gəlir vergisi və sosial ayırmalardan azad idi. Artıq 01 yanvar 2019-cu ildən etibarən isə ödənilən 2000 manat yox, 1500 manat gəlir vergisindən azad olunacaq, fərq olan 500 (2000-1500) manat üzrə icbari ödənişlərin hesablanması həyata keçiriləcək.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər