Vergilər Nazirliyi yeni nəsil kassa aparatı üçün xərcin Nazirlik tərəfindən ödənilməsi ilə bağlı suala aydınlıq gətirdi

Vergilər Nazirliyi yeni nəsil kassa aparatı üçün xərcin Nazirlik tərəfindən ödənilməsi ilə bağlı suala aydınlıq gətirdi

Vətəndaşların ciddi marağa səbəb olan, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən biri malların alış zamanı ƏDV-nin ona geri qaytarılması ilə bağlıdır.Vergi Məcəlləsinə əlavə edilən 165.5-ci maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini geri qaytarılacaq.  Ötən yazımızda qeyd etdiyimiz kimi, bu prosses zamanı istifadə olunan nəzarət-kassa aparatının çeki yeni nəsil kassa aparatı vasitəsi ilə təqdim olunmalıdır.  . Hal-hazırda tətbiqi həyata keçirilməyən yeni nəsil  kassa aparatı real rejimdə vergi orqanlarına qoşulmalıdır.

Vergilər Nazirliyi yeni nəsil kassa aparatının nə vaxtdan istifadə veriləciyini və həmin kassa aparatlarının alınmasının üçün vəsaitin vergi ödəyicisi yoxsa Vergilər Nazirliyi tərəfindən ödənilməsinə aydınlıq gətirib. Vergilər Nazirliyi Fərid Məmmədov adlı oxucunun sualına cavab olaraq bildirib ki, bu prossesə aprel ayından etibarən start veriləcək: "Vergi ödəyicilərin yeni kassa aparatları ilə  təmin edilməsi 2019-cu ilin 2-ci rübündən etibarən mərhələli şəkildə həyata keçiriləcək".

Yeni nəsil kassa aparatı üçün xərcinin kim tərəfindən ödənilməsinə gəlincə Vergilər Nazirliyi cavabı belə olub: "Vergi ödəyiciləri yeni nəsil kassa aparatlarını qeydiyyatdan keçmiş operatorlardan əldə edəcəklər. Operator-yeni nəsil kassa aparatlarının satışı və texniki xidmətlərin göstərilməsi ilə  məşğul olan hüquqi şəxsdir". Bu cavabdan belə anlaşılır ki, Vergilər Nazirliyi yox vergi ödəyicisi tərəfindən yeni nəsil kassa aparatının alınması üçün vəsait operator olan hüquqi şəxsə ödəniləcək.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər