Vergilər Nazirliyindən Baş Mühasib və mühasib həmkarlarımıza birbaşa müsahibə yolu ilə işə qəbul təklifi

Vergilər Nazirliyindən Baş Mühasib və mühasib həmkarlarımıza birbaşa müsahibə yolu ilə işə qəbul təklifi

Vergi orqanlarına  müsabiqənin keçirilməsi haqqında məlumat

07.01.2019

“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq və davamlı olaraq həyata keçiriləcək.


Müsabiqədə iştirak etmək üçün namizdələrə verilən tələblər

Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
Hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər.
Üstünlük verilən namizədlər

Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
Xarici dillərin birini sərbəst bilənlər.

Tələb olunan sənədlər

Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
Sağlamlıq haqqında tibbi arayış;
Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
Məhkumluğun olmaması barədə arayışın surəti;
Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti;
Əmək kitabçasının surəti;
Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri;
Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.
Müsabiqədə iştirak haqqında məlumat:

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.
Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər;
(qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
Dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
Yaşı 50-dən yuxarı olan vətəndaşlar.

 

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

2 Komment

  1. Qələndərov Xəyyam Elxan 07 Yanvar 2019

    Salam.Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.Mən həm baş mühasib və mühasib işləmişəm.Əmək haqqı nə qədərdir.

  2. Vidadi 07 Yanvar 2019

    Salam men 2012 ci ilin may ayindan icra mumuru iwleyirem. Tehsilim alidir, milli aviasiya akademiyasinin huquq fakultesidir. vergiye sened versem istintaqda iwleye bileremmi birbawa?

Şərh yazın

Xəbərlər