Mikayıl Cabbarovdan cağırış: "Öz biznesini qur, işgüzar fəaliyyətini qoru, vergi inzibatçıları ilə görüşmə, onlardan yalnız xidmət al"

Mikayıl Cabbarovdan cağırış: "Öz biznesini qur, işgüzar fəaliyyətini qoru, vergi inzibatçıları ilə görüşmə, onlardan yalnız xidmət al"

Vergilər Naziri Mikayıl Cabbarov vurğulayıb ki, vergi mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi kimi qəbul olunmalıdır. «Vergilər Nazirliyi buna nail olmaq üçün uğurlu beynəlxalq təcrübədən də geniş istifadə edəcək. Bizim gördüyümüz işlər təbii olaraq vergi ödəyicisindən də əks əlaqə, qarşılıqlı addım atmaq tələb edir. Düşünürük, gördüyümüz işin nəticələrindən biri bu olacaq ki, vergi ödəyiciləri yalnız öz öhdəliklərini deyil, hüquqlarını da daha aydın dərk edib, haqlı tələblərini irəli sürə biləcəklər. Bütün bunlar nəticədə vergi inzibatçılığına, onun keyfiyyətinin təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Vergi mədəniyyətinin yüksəldilməsi ilə bağlı ikinci böyük istiqamət vergi ödəyicilərinə təqdim edilən xidmətlərdir. Xidmətlərin elektron şəkildə göstərilməsinin məqsədlərindən biri vergi ödəyicilərinin işini asanlaşdırmaq, bu xidməti onların öz mobil cihazından, evindən və ya ofisindən əldə edə bilməsinə imkan yaratmaqdır.

Digər tərəfdənsə, faktiki olaraq bu, könüllü əməletmə əmsalını yüksəltmək deməkdir. Əgər vergi ödəyicisi vergini ödəmək üçün əlavə əziyyət çəkməlidirsə, ofisindən banka getməlidirsə və orada hansısa süründürməçiliklə rastlaşacaqsa, bu, onun vergi ödəmək niyyətinə və istəyinə mənfi təsir göstərəcək. Bu mənada, vergi ödəyicilərinə xidmət Vergilər Nazirliyi üçün çox mühüm məsələlərdən biridir. Hazırda bizim kifayət qədər inkişaf etmiş Vergi Ödəyicilərinə Xidmət mərkəzlərimiz mövcuddur və orada çalışan əməkdaşlarımızın peşəkar inkişafı üçün səyləri artırırıq. Bununla yanaşı, xidmətlərin göstərilməsinin yolları və üsulları hər zaman təkmilləşdirilməlidir. Çünki yaşadığımız dünya və onun sürəti hər gün dəyişir, biz bu dəyişikliklərə hazır olmalıyıq. Əgər vergi mədəniyyəti mövzusunun sadə prinsipini ifadə etməli olsaq, bu ondan ibarətdir ki, qanunlara əməl et, vergiləri vaxtında ödə və vergi inzibatçısı ilə qarşılaşma! Yəni öz biznesini qur, işgüzar fəaliyyətini qoru, vergi inzibatçıları ilə görüşmə, onlardan yalnız xidmət al. Bu, təbii olaraq Vergilər Nazirliyinin də işə yanaşmasında və fəlsəfəsində köklü dəyişiklik tələb edir. Biz bu dəyişikliyin arxasındayıq və bunun həyata keçməsi üçün lazım olan addımları atacağıq».

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər