Vergilər Nazirliyindən Avtomatik BİLDİRİŞ: Tərəfdaş təşkilat RİSKLİDİR

Vergilər Nazirliyindən Avtomatik BİLDİRİŞ: Tərəfdaş təşkilat RİSKLİDİR

Vergilər Naziri Mikayıl Cabbarov riskli vergi ödəyiciləri barədə məlumatların toplanmasından danışarkən Vergilər Nazirliyində tətbiqinə başlanmış mühüm bir yenilik barədə də məlumat verib: «Vergilər Nazirliyi tərəfindən vergi ödəyiciləri qanunvericiliyə uyğunluq nöqteyi-nəzərdən müxtəlif risk qruplarına bölüşdürülərək təhlil edilir. Son bir neçə həftə ərzində belə bir yenilik tətbiq edirik: riskli vergi ödəyicisi digər vergi ödəyicisi ilə hər hansı əqdi həyata keçirmək istəyirsə, qarşı tərəfə avtomatik qaydada bu barədə məlumat verilir. Həmin məlumatda deyilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergi ödəyicisi yüksək riskə aiddir. Vergi ödəyicisi bu bildirişi elektron qaydada  alır və bundan sonra əməliyyata davam edib-etməmək barədə qərarını onun özü verir. Riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma həm də riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki intizamlı vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm də səyyar vergi yoxlaması, digər vergi nəzarəti tədbirləri üçün, belə demək olarsa, dəvətdir. Çünki risklərin  müəyyənləşdirilməsinin əsas məqsədi əvvəlcədən onun qarşısını almaqdır. Vergidən yayınma şüurlu və düşünülmüş, yaxud şüursuz şəkildə baş verə bilər. Bizim tətbiq etdiyimiz yenilik şüurlu və ya şüursuz şəkildə vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Bir daha vurğulayıram ki, Vergilər Nazirliyi öz rəqəmsal imkanlarını, rəqəmlərin elektron təhlili bazasını davamlı olaraq genişləndirəcək. Bunun vergi ödəyiciləri üçün ən böyük faydası ondan ibarət olacaq ki, məsafədən təhlil - bu həmçinin «üfüqi monitorinq» adlandırılır - yolu ilə, yəni birbaşa vergi ödəyicisi ilə ünsiyyətdə olmadan onun fəaliyyəti haqqında zəruri məlumatları vergi orqanının əldə etməsi yolu ilə müvafiq qərarların verilməsinin keyfiyyəti artırılacaq. Bütün bu yeniliklər və innovasiyalar sahibkarlara və vergi ödəyicilərinə diferensial, yəni fərqləndirmə prinsipi ilə yanaşmanı təmin edir. Risk indikatorları üzərində qurulmuş bu sistem həm də vergi bəyannamələrinin təqdim olunmasının asanlaşdırılmasına gətirib çıxarır».

Mənbə: "Vergilər" qəzeti

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər