İxrac olunan mal geri qaytarılsa, xərci kim ödəməlidir?

İxrac olunan mal geri qaytarılsa, xərci kim ödəməlidir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam. Əgər, ümumiyyətlə bu sual sizin sahənizə uyğundursa, zəhmət olmasa mümkün qədər suala cavab verin. İxrac olunmuş malın dəyərini alıcı şirkət ödəyib, bir müddət sonra qablaşdırma uyğun olmadığı üçün malın dəyişdirilməsini tələb edir və nəticədə mal geri qaytarılır. Bundan sonra həmin mal yenidən ixrac olunur və arada qablaşdırma ilə əlaqədar debitor borc yaranır. Sual: həmin debitor borcu hansı sənəd əsasında tələb edə bilərik?

Babayev Bədrəddin

Cavab: Əlbəttə ki, sənədləşmə üçün sizin müqavilənizə müraciət etmək lazımdır. Adətən, belə hallarda əlavə işlərin, xidmətlərin görülməsi haqqında akt imzalanır. Amma sizin sualınızdakı məsələ beynalxalq praktikadan bir az kənara çıxır. Belə ki, mallar satılanda malların özünün və qablaşdırımasının tələblər uyğun olması qeyd olunur. Əgər bu şərtlər pozularsa, o zaman bütün xərclər satıcı, ixracatçı tərəfindən çəkilməklə, çatışmazlıq aradan qaldırılmalıdır. Belə olan halda da çatışmazlığın aradan qaldırılması üzrə heç bir debitor borcundan söhbət gedə bilməz. Amma Sizin situasiya fərqlidir. Məsələni dəqiqləşdirməniz xahiş olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər