VAKANSİYA! 80-dən artıq mağazası olan şirkətə BAŞ MÜHASİB lazımdır

VAKANSİYA! 80-dən artıq mağazası olan şirkətə BAŞ MÜHASİB lazımdır

JOB TITLE: Baş mühasib
EMPLOYER: Sinteks MMC
 
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.
 
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
 
Hal hazırda Sinteks şirkətinə Baş mühasib tələb olunur.
 
Vəzifə öhdəlikləri:
 
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
• Vergi, DSMF və Statistika üzrə hesabatların tərtib/təqdim edilməsi, nəticədə yaranan öhdəlikləri vaxtında icra edərək ödənişləri təmin etmək
• Daxil olan ilkin sənədlər əsasında pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Satılan məhsulun, iş və ya xidmətin maya dəyərinin iqtisadi cəhətdən əsaslandırılmış qaydada hesablanmasını təmin etmək
• Kreditor və debitorlarla hesablaşmalara nəzarət və üzləşmələrin aparılmasını təşkil etmək
• Yük Gömrük Bəyannamələrinin (idxal/ixrac əməliyyatları) uçota alınmasını təşkil etmək
• Yerli və xarici ödənişləri təmin etmək
• Əmək haqqının, eləcə də məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələrinin və sosial müavinətlərin hesablanması və ödənilməsini  təmin etmək
• Dövlət orqanları xüsusilə Vergi və DSMF orqanları tərəfindən göndərilən sorğuların əsaslandırılmış qaydada cavablandırılmasını təmin etmək
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
 
Namizədə qoyulan  tələblər:
 
• Mühasibat uçotu və Maliyyə sahəsi üzrə ali təhsil
• MS Office proqramları ilə işləmək bacarığı (xüsusilə excel)
• Minimum 3-5 il mühasibatlıq, iqtisadiyyat, maliyyə və ya audit sahəsində iş təcrübəsi
• Azərbaycan və rus dillərində koorporativ yazışma və danışıq aparmaq qabiliyyəti
• Müqavilələr və onların hüquqi tərəfləri ilə işləmək bacarığı
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər
• Azərbaycan Respublikasının Əmək Məcəlləsindən lazımı biliklər
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək qabiliyyəti
• 1C-də mühasibatlığın işlənməsi
• BTP, DSMF proqramları ilə işləmək bacarığı
• Beynəlxalq sertifikasiya arzuolunandır
• Planlaşdırma və koordinasiya bacarığı
• Fərdi və kollektivdə işləmək bacarığı
 
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Baş mühasib” qeyd etmələri xahiş olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər