VAKANSIYA! 850 nəfər işçi olan şirkətdən İşə qəbul üzrə Aparıcı Mütəxəssis Elanı
"Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır.
“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. Müəssisə üzrə iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Müəssisənin “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli bazarın lideridir. Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş “Çörəkçi” zavodu şirniyyat çeşidləri, buğda tərkibli çörək çeşidləri, çovdar tərkibli çörək çeşidləri istehsal edilir, zavodun gündəlik istehsal gücü 150 tondur.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur.
http://delta-group.az/
Vəzifənin adı: İşə qəbul üzrə Aparıcı Mütəxəssis
Təcrübə müddəti: Müvafiq sahə üzrə minimum 2 il təcrübə
Təhsil: Ali təhsil
İxtisas Bilikləri və Bacarıqlar: "Müsahibə üsulları, namizəd axtarış kanalları, işə qəbul testlərinin növləri barədə nəzəri biliklərin olması
İşə qəbul matrislərindən istifadə qabiliyyəti"
Dil Bilikləri: Azərbaycan, İngilis, Rus
Kompyuter Bilikləri: Mc Office
VƏZİFƏ FUNKSİYALARI:
Şirkətin kadr planını hazırlamaq və işçi tələbini müəyyən etmək;
İşçi tələblərinin iş yükünə uyğunluğuna nəzarət etmək;
Vakansiya elanı, CV-lərin qəbulu, kreteriyalara uyğun namizədlərlə əlaqəni təmin etmək;
İşə qəbul prosesisinin mərhələləri üzrə namizədin qiymətləndirilməsini təşkil etmək;
İşə qəbul nəticələri barədə namizədləri xəbərdar etmək;
Testləri doğruluq və keçərlilik prinsipləri əsasında yoxlamaq;
İşə qəbul olunan işçilərin adaptasiya təlimində iştrakını təmin etmək;
İşçinin sınaq müddətini izləmək, sınaq dövrü qiymətləndirmə formasına əsasən qeydləri aparmaq;
Namizədlər bazasının daim yeniləmək;
İşə qəbul matrisləri vasitələri ilə hesabatlar hazırlamaq;
Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək."
Əmək haqqı: 725 Net
İş qrafiki: I-V günlər (09:00-18:00)
Yaş həddi: 23-30 yaş
İş yeri: Sumqayıt şəh. (Nəqliyyat və nahar şirkət tərəfindən qarşılanır, əlavə olaraq tibbi sığorta+HYS)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "HR Aparcı Mütəxəssis" qeyd edilməsi xahiş olunur.
1 Komment
Elvin 11 Avqust 2022
Salam iş axtarıram sizde mene. Göre is var 30 Yaşim var subayam tecili ise ehtiyacım var.meni işlə təmin edesiz xahiş olunur qalmağa da yer olsa qalıb işleyerem.
Şərh yazın