Vergilər Nazirliyindən elektron ticarətlə bağlı Aktual suala cavab

Vergilər Nazirliyindən elektron ticarətlə bağlı Aktual suala cavab

Sual: Mən debet kartımdan Ebay vasitəsilə şəxsi istifadəm üçün maşın akkumulyatorunu doldurmaq üçün cihaz sifariş vermişəm. Ödənişi etdikdən sonra kart hesabımdan 10 dollara yaxın əlavə məbləğ tutulduğunu müəyyən etdim. Bankdan dedilər ki, məhsul gəldikdən sonra poçtdan məhsulu götürməyiniz barədə bildirişi təqdim etməlisiniz, ondan sonra məbləğ hesabınıza qaytarılacaq. Xahiş edirəm bu tutulmanın hansı məqsəd daşıdığını və hansı hallara şamil edildiyi barədə mənə məlumat verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Elçin Cəfərov Əli, [email protected], Bakı şəhəri (05.03.2018) 
Cavab: Bildiririk ki, virtual ticarət meydanlarından, o cümlədən də www.ebay.com saytından malların elektron ticarət qaydasında satışının ƏDV-yə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Eyni zamanda bildiririk ki, Paypal, Alipay kimi qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən ödənişin aparılmasına görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.
Bank tərəfindən tutulan əlavə məbləğlər və poçt bildirişinin tələb edilməsinin səbəbi barədə məlumatları aidiyyəti üzrə müştərisi olduğunuz bankdan əldə etməyiniz məqsədəuyğundur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər