VAKANSIYA! KapitalBankın HR departmentində İşləmək üçün ƏLA ŞANS

VAKANSIYA! KapitalBankın HR departmentində İşləmək üçün ƏLA ŞANS

Ümumi məlumat
 
Kapital Bank namizədləri İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
 
Öhdəliklər
 
Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;
İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;
Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərlə əməkdaşlığın qurulması;
Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;
Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.
 
Tələblər
 
Ali  təhsil;
İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;
Əla ünsiyyət bacarıqları;
Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;
Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər