Xidmət müqaviləsi bağlanması şərtləri SƏRTLƏŞDİRİLİR

Xidmət müqaviləsi bağlanması şərtləri SƏRTLƏŞDİRİLİR

Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılması və işləyənlərin qeydiyyata alınması ilə bağlı ciddi tədbirlər hazırlanır. FED.az-ın məlumatına görə, burada tətbiq ediləcək inzibati addımlardan biri xidməti müqavilə ilə işləyən işçilərin əmək müqaviləsinə keçirilməsi prossesi olacaq.  Qeyd edək ki, hazırda Azərbaycan şirkətləri və işəgöürənləri işçilərlə münasibətlərdə geniş istifadə edirlər. Bu üsul o qədər geniş yayılıb ki, faktiki olaraq əmək müqaviləsinin alternativi sayılır.
Məlumat üçün bildirək ki, xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əmək haqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. 
Böyük miqyaslarda yayıldığ üçün hökumət bu məsələnin tez bir zamanda həllinə çalışır. Bununla bağlı Mülki Məcəlləyə və Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Dəyişikliklərdə mülki-hüquqi müqavilələrin bağlanması şərtləri və onlara aid tələblər əksini tapacaq. O cümlədən belə müqavilələrin bağlanması üçün müddəti limiti qoyulacaq. İlkin məlumatlara görə xidməti müqavilələrin 3 aydan artıq müddətə bağlanması qadağan ediləcək. Bundan başqa, xidməti müqavilə ilə işləyənlərin iş rejiminin adi işçilərdəki kimi olmaması, onların sərbəst qrafiklə işləməsi tələb kimi qoyulacaq. Bu məsələnin əhəmiyyəti ondan ibarətdir ki, iş yerində adi işçi qrafiki ilə işləyənlərin hamısı ilə əmək müqaviləsinin bağlanması tələb ediləcək.
Hökumətdə hesab edirlər ki, əmək müqavilələrinin bağlanması həm büdcəyə və DSMF-ə ödənişlərin artımına, həm də işçilərin özlərinin hüquqlarının qorunmasına kömək edəcək. Məsələ ondadır ki, əmək müqaviləsi ilə işləyənlərdən fərqli olaraq xidməti müqavilə ilə işləyənlər  məzuniyyət, işsizlikdən sığorta və həyat sığortası kimi üstünlüklərdən istifadə edə bilmirlər. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər