Avans ödənişləri barədə elektron qaimə-fakturanının istifadəyə veriləcəyi vaxt açıqlandı

Avans ödənişləri barədə elektron qaimə-fakturanının istifadəyə veriləcəyi vaxt açıqlandı

Dövlət Vergi Xidmətinin rəsmisi Samir Qəhrəmanov: "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada avans ödənişləri barədə məlumat da qeyd edilməlidir"

Xəbər verdiyimiz kimi, 1 yanvar 2024-cü il tarixdən alınmış avans ödənişləri barədə elektron qaimə-faktura t əqdim edilməsi Vergi Məcəlləsində nəzərdə tutulub. 2 aydan çox müddət keçməsinə baxmayaraq, avans ödənişləri barədə elektron qaimə-fakturanın elektron formada təqdim edilməsi üçün sistemdə müvafiq düzəlişlər həyata keçirilməyib. Dövlət Vergi Xidmətinin Bəyannamələr və Kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanovun verdiyi məlumata əsasən proses artıq test mərhələsindədir: “Hal-hazırda Dövlət Vergi Xidmətinin müvafiq əməkdaşları tərəfindən avans ödənişləri barədə elektron qaimə-fakturanın elektron formada təqdim edilməsi ilə bağlı testlər aparılır. Çox güman ki, aprel ayında avans ödənişləri barədə elektron qaimə-faktura vergi ödəyicilərinin istifadəsinə veriləcək. Bildiririk ki, avans ödənişləri barədə qaimə təqdim edilməsinə baxmayaraq, mallar (işlər, xidmətlər) təqdim edildiyi zaman ”malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura da təqdim edilməlidir. Bir məsələni də qeyd edək ki,”malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturada avans ödənişləri barədə elektron qaimə-fakturanın seriya nömrəsi daxil etmək üçün xüsusi bölmədə olacaq.”

Qeyd edək, Dövlət Vergi Xidmətinin Bəyannamələr və Kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov bu fikirləri 16 mart 2024-cü il tarixdə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi - 2024” konfransında səsləndirib.                                                         

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər